Aygün Kazımovanın konserti təxirə salındı

Aygün Kazımovanın konserti təxirə salındı
ŞOU-BİZNES
17:22 07.11.2013
817
Müğənni pis təşkilatçılıqdan şikayətlənib
Xalq artisti Aygün Kazımova və Sinan Akçılın noyabrın 8-də “Milli Bayraq Günü” münasibətilə “Hollivud” restoranında planlaşdırılan konsert proqramı təxirə salınıb. AZXEBER.COM-un məlumatına görə, bu haqda müğənni şəxsi "İnstaqram" səhifəsində xəbər yerləşdirib.
Kazımova konserti üçün hazırlanmış plakat fotosunu yerləşdirərək altından “Sevənlərimə pis xəbərim var. Sinanla konsertim təxirə salındı. Səbəb isə qeyri-peşəkar təşkilatçılıqdır. Çox təəssüf, heç istəməzdim ki, belə olsun, amma oldu” yazıb.Konsertin təşkilatçısı Nahid Emiloğlu konsertin niyə baş tutmamasının səbəblərini açıqlayıb:“Bilirsiniz ki, konsert qabağı müəyyən bir qonorar danışılır. Buna görə də konsert hazırlanır. Aygün Kazımova ilə yanaşı, Sinan Akçılla da qonorar məsələsində razılığa gəlmişdik. Lakin sonda Sinan Akçıl qiymətini qaldırdı. Bu səbəbdən razılğa gələ bilmədik və konsert baş tutmadı”.
OXŞAR XƏBƏRLƏR