Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib

İDMAN
13:29 08.10.2013
979

 Bu gün futbol üzrə 2013/2014 mövsümü üçün Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir AFFA-nın inzibati binasında baş tutub.

Cari mövsüm yarışda Premyer Liqa və I divizionun hərəsindən 10 komanda qatılacaq. Aşağı dəstə təmsilçilərindən 6-sı isə kuboka qatılmaqdan imtina edib. Premyer Liqa klublarından “Neftçi”, “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran”, “Bakı”, AZAL, “Qəbələ”, “Rəvan”, “Sumqayıt”, “Simurq”, I diviziondan isə “Ağsu”, MOİK, “Qaradağ-Lökbatan”, “Lokomotiv”, “Şahdağ”, “Şuşa”, “Araz-Naxçıvan”, “Mil-Muğan”, “Neftçala” və “Kəpəz” Azərbaycan kuboku uğrunda mübarizə aparacaqlar.  Bu komandalardan 8-i 1/16 finalda mübarizəyə başlayacaq. 12 komanda isə 4 cütün qalibini 1/8 finalda gözləyəcək. 

1/16 və 1/8 finallarda cütün taleyinə bir matçda aydınlıq gələcək. 1/4 və 1/2 finallar isə 2 matçdan ibarət olacaq.

2013/2014 mövsümünün təqvimini diqqətinizə çatdırırıq:

1/16 final 22-24 oktyabr 1. “Şuşa” – “Şahdağ”

2. MOİK – “Qaradağ Lökbatan”

3. Mil-Muğan – Lokomotiv

4. “Araz” – “Ağsu”  

1/8 final

4 dekabr

5. “İnter” – 1-ci cütün qalibi

6. “Neftçi” – “Kəpəz” 7. 2-ci cütün qalibi – “Rəvan” 8. “Bakı” – “Sumqayıt” 9. 3-cü cütün qalibi – “Qəbələ”

10. “Qarabağ” - AZAL

11. 4-cü cütün qalibi – “Simurq”

12. “Xəzər Lənkəran” – “Neftçala”  

1/4 final

12-13 və 19 mart 2014-cü il

1. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

2. 7-ci cütün qalibi – 8-ci cütün qalibi 3. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

4. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

1/2 final

16 və 24 aprel

5. 1-ci cütün qalibi – 2-ci cütün qalibi 6. 3-cü cütün qalibi – 4-cü cütün qalibi.

Final

28 may

OXŞAR XƏBƏRLƏR