Sumqayıtda muğam festivalı keçiriləcək

MƏDƏNİYYƏT
11:38 02.10.2013
1383

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Muğamsevərlər” Musiqi Festivalı layihəsi çərçivəsində Sumqayıt şəhərində muğam festivalı keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, layihənin icraçısı Eyvaz Qocayevin verdiyi məlumata görə, oktyabr ayının sonlarında Sumqayıt və Bakı şəhərində yaşayan gənc muğam ifaçıları bir araya gətirilərək Sumqayıt şəhərində Muğam Festivalı keçiriləcək.

Layihənin məqsədi istedadlı gənc muğam ifaçılarını seçərək üzə çıxartmaq, onları bir araya gətirərək özlərini təqdim etmək üçün şərait yaratmaq, istedadlı gəncləri stimullaşdırmaq, gənclərin muğama olan marağını artırmaq, mədəni irsimizi gənclər vasitəsilə təbliğ etmək, bununla yanaşı gənclərin asudə vaxtını səmərəli keçirilməsinə, mədəni istirahətlərinin təmin olunmasına nail olmaqdır.

Muğam Festivalında iştirak etmək istəyən gənc muğam ifaçıları layihə rəhbərinə müraciət edərək festivala qoşula bilərlər.

OXŞAR XƏBƏRLƏR