Ermənilər beş rayonda atəşkəsi pozublar

SİYASƏT
10:03 28.06.2013
1285

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub.1994-cü il may ayının 8-də Bişkekdə imzalanan atəşkəs haqqında protokol, mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.Atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, erməni silahlı qüvvələri hələ də razılaşmaya əməl etmir. Həmin tarixdən bu günə qədər cəbhə boyu minə qədər monitorinq aparılsa da, hər gün qarşı tərəfin silahlı qüvvələrinin atəşkəsi pozması barədə xəbərlər alırıq.

OXŞAR XƏBƏRLƏR