Paytaxtda kafedə yanğın olub.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, bu səhər 05:05 radələrində paytaxtın Yasamal rayonunda ümumi sahəsi 60 kv.m olan “MARBLE ARCH” kafesində yanğın olub.Hadisə zamanı kafedəki 2 ədəd divan 2 kv.m sahədə qismən yanıb. Xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.