Azərbaycan İspaniyaya nota verdi

Azərbaycan İspaniyaya nota verdi
SİYASƏT
16:04 06.06.2013
1912

Azərbaycanın İspaniyadakı səfirliyi opera müğənnisi Monserrat Kabalyenin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfəri ilə əlaqədar İspaniya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Səfirlikdən verilən məlumata görə, nota iyunun 5-də təqdim olunub və hələlik cavab alınmayıb.   

Səfirlikdən onu da deyiblər ki, M. Kabalyenin Ermənistanda və Dağlıq Qarabağda konsert verəcəyi açıqlandıqdan sonra (may ayında) səfirliyin nümayəndələri sənətçinin menecerləri və administratorları ilə əlaqə saxlayaraq onlara belə səfərin mümkün nəticələri haqda informasiya veriblər. Administratorlar cavab veriblər ki, yalnız Ermənistan paytaxtında konsert planlaşdırılır və Qarabağa səfər nəzərdə tutulmur. Lakin Ermənistan mediası M. Kabalyenin iyunun 4-də Dağlıq Qarabağa səfər etdiyi və separatçıların başçısı Bako Saakyanla görüşdüyü haqda xəbərlər yayıb. 

Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev də məsələyə münasibət bildirib. O, APA-ya açıqlamasında bəyan edib ki, Azərbaycanın dövlət strukturları ilə razılaşdırılmadan ölkənin işğal altındakı ərazilərinə səfər etmək qanunsuzluq, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmətsizlikdir və belə addımlar münaqişənin həllinə neqativ təsir göstərir.  

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
23:16 09.05.2025
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
Tərtərdə məktəb binası yandı
23:03 09.05.2025
Tərtərdə məktəb binası yandı
Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb
22:51 09.05.2025
Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb
Hindistanla Pakistan arasında döyüşlər yenidən başladı
22:43 09.05.2025
Hindistanla Pakistan arasında döyüşlər yenidən başladı
Sumqayıtda evdə yanğın - hadisənin qəsdən törədildiyi iddia olunur
22:31 09.05.2025
Sumqayıtda evdə yanğın - hadisənin qəsdən törədildiyi iddia olunur
Tramp Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil
22:21 09.05.2025
Tramp Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil