Rauf Mərdiyev "Azadlıq" radiosundakı debatdan yazdı

Rauf Mərdiyev "Azadlıq" radiosundakı debatdan yazdı
KÖŞƏ
08:53 29.06.2011
2542

“İşdən sonra” verilişinin mövzusu “Azərbaycanı təmsil edən heykəllər…” qonaqlar isə nida vətəndaş hərəkatının üzvü Turqut Qəmbər və freelancer Turan İbrahimov idi.

İlk öncə onu qeyd edim ki, nə Azadlıq Radiosunu obyektiv media qurumu, nə Nidanı ciddi bir hərəkat, nə də Turan İbrahimovu iqtidarın tərəfini saxlayacaq şəxs kimi qəbul olunur. Turqut Qəmbər isə verilişə böyük ehtimalla başqa adam tapılmadığına görə çağırılmışdı.

ayında Bəhlul İsmayılov adlı bir şəxsi YAP-ın gənclər təşkilatının sədri kimi efirə çıxardan sonra bu məsələyə birdəfəlik nöqtə qoyuldu. Düzdür məsələ böyüyəndən sonra Radionun rəsmi səhifəsində və verilişin audioyazısında müəyyən dəyişiklik edilsə də artıq iş-işdən keçmişdi.

Turqut Qəmbərin təmsil etdiyi qrupa gəlincə, şəxsi anlaşılmasın, amma mənim nəyisə qəbul etməm üçün həmin qrupun, qurumun özəyi olan insanlar normal olmalıdırlar. Əgər nida ideyasını yaradan insanlar arasında ailə tərbiyəsindən məhrum, psixi problemləri açıq-aşkar göz qabağında olan və əxlaq çatışmamazılığı sindromlu insan varsa, hyatda yeganə uğuru kreditə laptop almaqdan başqa uğuru olmayan insan varsa, mən onlar heç zaman ciddi qəbul etməyəcəyəm.

Qayıdaq klounadaya. Turan, Turqut və Xədicə. Təkrarolunmaz trio. Müzakirəni dinlədikdən sonra buna əmin olacaqsınız. Ən mükəmməl nəticələr detallar biri-birini tamamlayan zaman olur əldə olunur. Bizim hal da belə idi.

Veriliş ərzində danşıqları bölsək:
Turan – 50 %
Xədicə – 35 %
Turqut – 15 %

Bəzən elə təəssurat yaranırdı ki, Turqut verilişinə iki qonağı dəvət edib və onların mübahisəsi onun üçün bir o qədər də önəmli deyil. Deyilənə görə Xədicə xanım hər verilişdən əvvəl hansı qonağın tərəfini tutacağını müəyyənləşdirmək üçün püşk atır. Qəribəsi odur ki, püşkatma hər zaman müxalifət nümayəndəsinin xeyrinə bitir. Bundan sonra klounadanın all-for-one bonusları başlayır:

İlk və çox ümumi sualın iqtidar nümayəndəsinə verilməsi
Müxalifət nümayəndəsinə veriən suallarda verilməli olan cavaba açıq ehkam
İqtidar nümayəndəsinin çıxışı zamanı aparıcının yersiz replikaları
İqtidar təmsilçisinin sözünün “dönə-dönə üzr istəyirəm” deyilərək kəsilməsi
SMS-lərin mürəkkəb seçim mərhələsindən keçiməsi
Eyni-eyni şəxslərin oxşar məzmunlu telefon zəngləri

Aparıcının müxtəlif hissələrdə verdiyi məlumatların nədənsə hər zaman iqtidar əleyhinə olması və s.
Bütün bu hallar bir çoxları üçün “Azadlıq Radiosu” sözünü “obyektivlik” sözü ilə antonim edir və bu mürəkkəb vəziyyətdən Turan İbrahimov çox məharətlə çıxır. Bir daha təkrarlayıram insanların dünyagörüşü, bilik səviyyəsi və hadisələrə yanaşma tərzi oxşaq oldugu zaman ən gözəl nəticə alınır. Məncə bu veriliş Azadlıq Radiosu tarixində ən uğurlu idi və rəhbərlik bu məsələyə xüsusi diqqət yetirməlidir. Qoy yığışsınlar, müxtəlif maraqlı mövzularda Turan və dostları ilə Xədicə müzakirə aparsınlar, digər qonaq isə bu gözəl tandemin calı izləmənin keyfini yaşasın! bu qədər sadə!

Hər zaman çox tənqid etdiyimi deyirlər. Əslində tənqid etmək pis deyil, amma bu dəfə istisna etmək qərarına gəldim. İnsanlar pis-yaxşı işləyirlər. USA vətəndaşı Emma, Jacob-un ödədiyi vergilər hesabına maaş alır, hələ bir gəlirlərindən Azərbaycan büdcəsinə vergi də verirər. Bu da onların seçdiyi həyat yoludur. Seçim edilib və bu insanlardan nəsə fövqaləda bir şey gözləməyə dəyməz. Əgər BigMak menyu sifariş vermisənsə, yanında alacağın Cola-nın Zero olub-olmayacağının heç bir aidiyyatı yoxdur. Azadlıq Radiosunun Bakı bürosu kimi.

Rauf Mərdiyev

OXŞAR XƏBƏRLƏR