Dördüncü kurs bitir, azadlıq gəlir, Bir ümid ölürsə, biri dirilir. Arzularsa heç vaxt bitib tükənmir, Dilərəm gözünüz yaşla dolmasın. Sevginiz çevrilib nifrət olmasın.
Fakültə dəhlizin, müəllimlərin, Geridə qoyuban, siz gedirsiniz. Bir də dönməməklə, qayıtmamaqla, Sanki həmişəlik tərk edirsiniz.
Amma cisminiz də qəlbiniz kimi, Burda gəzəcəkdir, dolaşacaqdır. Sizin uğurunuz savadınızla, Zorluqlar dəf edib, dağ aşacaqdır.
Gedin, uğur olsun deyirik sizə, Gözünüz heç zamann dalda qalmasın. Uyub sonuncu gün ənənəsinə, Kövrəlib, qanınız heç qaralmasın.
Göz yaşı içində gülüşləriniz, Bizi kövrəldəcək, ağladacaqdır. Dekana demişəm, siz gedən kimi, Dördüncü kursları bağladacaqdır.