Bakıda bu gün səhər saatlarında sərnişin avtobusu yanıb. AZXEBER.COM FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda "Otoyol" markalı sərnişin avtobusunun mühərrik və salon hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.