Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 16-21, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam ayrı-ayrı cənub rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 27, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.