Bakıda 12-17 dərəcə isti proqnozlaşdırılır
Aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad MəmmədovaAZXEBER.COM-a açıqlamasında bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 2-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman,şərq rayonlarında çiskin olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19, bəzi yerlərdə 24 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti təşkil edəcək.
Tibbi meteoroloji proqnoza əsasən, aprelin 2-dən 4-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.