"Qasid" rəhbərliyi qəzetin pullarını bu həftə ödəməyə söz verib
"Yeni Müsavat" qəzeti bu gün "Qasid" firmasının ofisinin qarşısına təyin etdiyi aksiyanı bir həftəliyə təxirə salıb. Bu barədə qəzet rəhbərliyindən məlumat verilib.
Bildirilir ki, aksiyanın təxirə salınmasına səbəb firma rəhbərliyə danışıqlar və razılaşma olub. "Qasid" rəhbərliyi "Yeni Müsavat" qəzetinin satışından əldə olunan pul vəsaitini bu hətəninin içərisində qəzeti hesabına keçirməyə söz verib və buna görə də qəzetçilərin müvafiq aksiyası təxirə salınıb.
Qəzet rəhbərliyi qeyd edir ki, əgər firma öz sözünü tutmasa, yəni qəzetə çatmalı olan vəsait köçürülməsə, o zaman etiraz aksiyası məsələsi yenidən gündəmə gələcək və "Qasid" firmasının ofisi ilə yanaşı, onun rəhbərlərinin evlərinin qarşısında da bəlli tələblər səsləndiriləcək.