İbrahim Tatlıses yıxıldı, güllələnmiş başı yerə dəydi

İbrahim Tatlıses yıxıldı, güllələnmiş başı yerə dəydi
ŞOU-BİZNES
06:47 23.06.2011
1884

İyunun 21-də İstanbulda xəstəxanada görüntü verərək pərəstişkarlarını sevindirən və yardım olmadan müstəqil yeriməyi bacaran İbrahim Tatlısəsin 1 gün sonra ayağı sürüşərək yıxılıb. 

Başı sərt bir şəkildə yerə dəyən müğənniyə həkimlər ilk müdaxiləni elə yerdəcə ediblər. Daha sonra xəstəxananın tibb koordinatoru, professor Tunç Alp Kalyona telefonla xəbər verilib. Müayinələrdən sonra İbrahim Tatlısəsin sağlıq durumunun yaxşı olduğu üzə çıxıb. İbrahim Tatlısəs yaşadığı bu olaydan sonra hirslənərək yanındakı hər kəsə qışqırıb.

 

OXŞAR XƏBƏRLƏR