Müğənni Ayandan absurd fikir: "O kimdir ki, ona salam verim?!"

Müğənni Ayandan absurd fikir: "O kimdir ki, ona salam verim?!"
ŞOU-BİZNES
20:50 28.06.2011
1704

Ayanın onunla salamlaşmadığını deyən, eyni zamanda "yaltaqlanmağı yaxşı bacarmaqda" günahlandıran Xəyaləyə gənc ifaçının cavabı belə olub:

"Qoy o, uzun illərdir göstərə bilmədiyi yaradıcılıqla məşğul olsun".

Oxumağa Xəyalədən sonra başladığını xatırladan Ayan buna baxmayaraq, sözügedən həmkarından fərqli olaraq, estradada öz sözünü deyə bildiyini söyləyib: "Xəyalə mənim adımdan istifadə etməklə, reklam olunmaq istəyir".

Xəyalənin salamlaşmaqla bağlı dediklərinə gəlincə, Ayan məsələyə belə münasibət bildirib: "Bu, mənim öz işimdir. O kimdir ki, ona salam verim?! Əlbəttə, o mənə "salam" deyərsə, buna cavab verəcəyəm. Amma ilk olaraq salam vermək fikrində deyiləm".

/// milli.az

OXŞAR XƏBƏRLƏR