Sumqayıt şəhər YAP Gənclər Birliyi 31 Martla bağlı anım tədbiri keçirdi - FOTOLAR

DÜNYA
13:00 29.03.2013
2461

Sumqayıt şəhər YAP Gənclər Birliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, «Sumqayıt Şəhər Səhiyyə şöbəsi» -ndə, Sumqayıt şəhər YAP Gənclər Birliyi və «Sumqayıt Şəhər Səhiyyə şöbəsi» YAP GB-i ilə birgə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov, YAP Sumqayıt Şəhər təşkilatınin sədr müavini Səkinə Sadiqova, YAP Sumqayıt Şəhər təşkilatı İdarə heyətinin üzvü Ceyhun Məmmədov,YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov, Səhiyyə şöbəsinin GB sədri Gülbacı Məmmədzadə , Sumqayıt şəhərinin bir sıra idarə və Yeni Azərbaycan Partiyasının işində fəallıq göstərən gənclər iştirak etmişlər.

Səhiyyə şöbəsinin GB sədri Gülbacı Məmmədzadə tədbiri açıq elan edib .Tədbir iştirakçıları 31 mart soyqırım faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Ardınca Səhiyyə şöbəsinin GB sədri Gülbacı Məmmədzadə , son 200 ildə şovinist ermənilər “Böyük Ermənistan” yaratmaq xülyasını həyata keçirmək məqsədilə zaman-zaman xalqımıza qarşı qeyri-insanı hərəkətlər ediblər və ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdüblər. Ermənilərin etnik təmizləmə siyasəti nəticəsində 100 minlərlə həmvətənimiz işgəncələrə məruz qalaraq öldürülüb və öz doğma toropaqlarından deportasiya edilib – deyə əlavə edib

Məruzə üçün söz YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədova verilib. O, ötən əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışıb, soyqırım barədə ətraflı məlumat verib. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 95 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Tədbir iştirakçılarını 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulamış, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığını qeyd etmişdir.

Çıxış üçün söz YAP Sumqayıt Şəhər təşkilatının sədr müavini Səkinə Sadiqovaya verilib. O çıxışında “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək, azərbaycanlıların mənfi obrazını yaratmışdır – deyə ələvə edib.

Yekun söz üçün YAP Sumqayıt şəhər təşkilatının müavini – Elmar Xəlilova verilib. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışdı. O, həmçinin erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:45 20.05.2022

Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi

00:34 20.05.2022

Zelenski: "Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq"

00:28 20.05.2022

Kulebadan SƏRT MESAJ: "Buna heç kimin siyasi hüququ yoxdur, Ukrayna öz qələbəsinin...

00:22 20.05.2022

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” - VİDEO

00:14 20.05.2022

Çin liderindən Rusiyaya şok mesaj - “Buna görə hansısa ölkəni qurban vermək...”

00:07 20.05.2022

Bürclər bu günə nə deyir?

23:58 19.05.2022

Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?

23:56 19.05.2022

Rihanna ilk övladını dünyaya gətirdi - OĞLU OLDU

23:40 19.05.2022

ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

23:26 19.05.2022

Bu ölkə Ukraynaya 25 min ton benzin tədarük edəcək

23:08 19.05.2022

NATO 42 minlik qüvvəni döyüş vəziyyətinə gətirdi - Yeni müharibə baş verəcək?

22:54 19.05.2022

Quterreş Ukraynada atəşkəs üçün hərəkətə keçməyə çağırdı

22:45 19.05.2022

Ərdoğan: "Nə Putin, nə də Zelenski ilə əlaqələri kəsə bilərəm"

22:40 19.05.2022

Mədəniyyət Nazirliyi Vaqif Əsədovun ölümü ilə bağlı nekroloq yaydı

22:33 19.05.2022

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - Səbəbi AÇIQLANDI

22:27 19.05.2022

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı