Miladi: 25 may 2012
Hicri: 04 rəcəb 1433
İlin 146-cü günü
İlin sonuna 219 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.51
Günəş - 06.17
Zöhr - 13.41
Əsr - 18.17
Məğrib – 21.13
İşa – 22.53
1571-ci ildə İspaniya kralı Benedikt və Papa Osmanlı dövləti əleyhinə ittifaq yaratmışlar
1895-ci ildə Osmanlı tarixçisi Əhməd Cövdət paşa vəfat edib
1918-ci ildə Nuru paşanın başçılıq etdiyi Osmanlı ordusu Gəncəyə daxil olub
1920 - Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq üsyan başlanıb. Üsyana Cavad bəy Şıxlinski, MirzəMəhəmməd Qacar və Cahangir bəy Kazımbəyov rəhbərlik edirdi. Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rusların ordusuna kömək edirdilər. Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı.
1934-cü ildə azərbaycanlı hakim Eldar Əzimzadə anadan olub
1936-cı ildə Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası yaradılıb
1942-ci ildə rus aktyor Aleksandr Kalyagin anadan olub
1954-cü ildə Tokioda keçirilən sərbəst güləş üzrə dünya çempionatında Türkiyə Milli komandası birinci yeri tutub
1963-cü ildə 30 Afrika ölkəsi bir araya gələrək Afrika Birliyi Təşkilatını (ABT) qurublar
1963-cü ildə kanadalı aktyor Mayk Mayers anadan olub
1969-cu ildə amerikalı aktrisa Enn Heç anadan olub
1971-ci ildə rus müğənni Kristina Orbakayte anadan olub
1983-cü ildə türkiyəli jurnalist və yazıçı Nəcib Fazil Kısakürek vəfat edib
1988-ci ildə İraq Bəsrənı İrandan geri alıb
1989-cu ildə Mixail Qorbaçov SSRİ-nin prezidenti olub
1992 -Moskvada Rusiya prezidenti Boris Yeltsin və Türkiyənin baş naziri Süleyman Dəmirəlin görüşündə Ermənistan və Azərbaycanı sülh danışıqlarına çağıran birgə bəyanat verilib.
1993-cü ildə Azərbaycanda SSRİ-dən qalma sovet qpşunlarının çıxarılması başa çatıb
1997-ci ildə Əfqanıstandan qaçan özbək general Rəşid Dustum Türkiyəyə sığındı
2003-cü ildə Nuri Bilgə Ceylanın "Uzaq" filmi "Elephant" filmi ilə birlikdə 56-cı Kann kinofestivalının ən yaxşı film mükafatını alıb
2005-ci ildə Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çıxarmaq məqsədi ilə çəkilən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə ilkin neft vurulub