'Neftçi' tanınmış əcnəbi futbolçuları Bakıya dəvət edib

İDMAN
17:01 05.04.2013
1303
Mayın 1-də Bakıda Azərbaycan və əcnəbi veteranlar arasında yoldaşlıq oyunu keçiriləcək. Bu barədə “Neftçi” Veteranlar Klubunun prezidenti Oqtay Abdullayev məlumat verib.
 
Onun sözlərinə görə, mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək bu görüş üçün bir sıra məşhur simalar Bakıya təşrif buyuracaq. Məşhur gürcüstanlı veteranlar Murtaz Xurtsilava və Aleksandr Çivadzenin ölkəmizə gələcəyi artıq dəqiqləşib. Bundan başqa, futbol üzrə Azərbaycan millisinin baş məşqçisi almaniyalı Berti Foqts, “Xəzər Lənkəran”ın uelsli baş məşqçisi Con Toşak və “İnter”in gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze görüşdə iştirak edəcək. Bülənt Korkmaz, Hakan Şükür və bəzi tanınmış almaniyalı veteranların gəlişinə isə bir neçə gündən sonra  aydınlıq gələcək. //apasport.az
OXŞAR XƏBƏRLƏR