Çərşənbə günü UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Qalatasaray”ı qəbul edəcək “Real Madrid” futbolçuları yarımfinala adlayacaqlarına əmindirlər.
AZXEBER.COM-un məlumatına görə, komandanın lideri Kriştiano Ronaldo bunu təsdiqləyib.
Portuqaliyalı ulduz bu mövsüm əsas hədəflərinin ÇL-i qazanmaq olduğunu bildirib: “Komandamızın tarixində 10-cu dəfə bu kuboku qazanması üçün əlimizdən gələni edəcəyik. “Qalatasaray” hücuma çox çıxan komandadır. Bu bizim xeyrimizə işləyə bilər. İlk oyunu evdə oynamaq isə bizim üçün mənfi bir şey deyil. Rəqibin heyətində Burak Yılmaz Çempionlar Liqasında əla çıxış edir. Çünki 8 qol vurmaq asan iş deyil. Müdafiəçilərimiz diqqətli olmalıdırlar.”
Qeyd edək ki, “Real Madrid” – “Qalatasaray” oyunu aprelin 3-də, Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.