Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.Slovakiyanın paytaxtı Bratislavada keçirilən qarşılaşmada millimizin rəqibi Norveç yığması olub. Bakı vaxtı ilə saat 17:30-da başlanan oyunda komandamız 6:0 hesabı ilə qələbə qazanıb.Qolları Biro Jade (5, 38), Felipe, (8), Vitali Borisov (10, 16) və İlkin Hacıyev (11) vurublar.Komandamız növbəti oyununu martın 28-də Bosniya və Herseqovinaya qarşı keçirəcək.