AFFA klubları cəzalandırdı

İDMAN
14:14 19.03.2013
1030
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.AZXEBER.COM-un PFL-ə istinadən verdiyi xəbərə görə, iclasda Topaz Premyer Liqanın oyunlarında baş verən bəzi hadisələrlə bağlı qərar verilib.Topaz Premyer Liqanın XXIII turunun “Bakı” – “Neftçi” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.“Simurq” – “Qarabağ” oyunun 63-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat edilib.Oyunun 81-ci dəqiqəsində “Simurq”un futbolçusu Rəşad Eyubov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.Topaz Premyer Liqanın XXIII turunun “Rəvan” – “Xəzər Lənkəran” oyununun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

OXŞAR XƏBƏRLƏR