Azərbaycan ordusu daha bir hərbçisini itirdi

Azərbaycan ordusu daha bir hərbçisini itirdi
10:50 25.03.2013
3070

Bakıda matrosun silahından açıqlan atəş nəticəsində matros həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 24-də saat 21.25-də Hərbi Dəniz Qüvvələrinin Bakıda yerləşən N saylı hərbi hissəsinin matrosu Məmmədov Ruslan Tahir oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş matros Hümbətov Əhməd Binnət oğlunun qarın nahiyəsinə dəyib.

Matros Hümbətov aldığı güllə yarasından həlak olub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR