Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
MARAQLI
09:41 14.12.2011
1282

Bakıda çiskin gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Bu gün axşam bəzi şərq rayonlarında, sabah əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR