"Facebook" istifadəçilərinə bəd xəbər

MARAQLI
22:29 09.12.2011
3400

ABŞ-ın Time jurnalında Creative Strategies Inc şirkətinin istehlak texnologiyası və tədqiqatlar sahəsində təhlillər üzrə direktoru Ben Becarin son vaxtların ən geniş yayılmış sosial şəbəkəsi "Facebook"un sonu haqda öz təhlilərini dərc edib. ANS PRESS xəbər verir ki, o, jurnalda təhliləri zamanı sosial şəbəkəni lap əvvəllki vaxtlarla müqayisə edir. B. Becarin yazır ki, hələ bu ilin sentyabr ayında bir amerikalı istifadəçi saytda orta hesabla 410 dəqiqə vaxt sərf edirmiş. Ötən il bu göstərici 287 dəqiqə təşkil edib, müvafiq olaraq artım 42% təşkil edib. Saytın auditoriyasının artmaqda davam etdiyini nəzərə alan B. Becarin artıq "Facebook"un sonu haqda mülahizə yürütməyə başlayıb.

 Ekspet bildirir ki, bir neçə iri şirkətin dövrü o qədər də çox çəkmir. Bir vaxtlar "Yahoo", indi isə "Google" nəhənglər sırasındadır. Nə vaxtsa "Facebook"un yerini MySpace tuturdu. İnnovasiya hər yerdə gedir və vaxt gözləmir.

 Becarin hesab edir ki, artıq "Facebook" da öz pik nöqtəsinə çatıb. Bu nəticəyə gəlməsini isə belə izah edir: "Əvvəllər bu sayta olduqca tez-tez girərdim, amma indi belə deyil, çox nadir hallarda. Hətta bir-iki həftə ötür sonra səhifəmi yoxlayıram. Bunu dostlarım arasında da hiss etmişəm. Ola bilər ki," Facebook" istifadəçiləri artıq yorub”.

 Bununla kifayətlənməyən analitik San-Xosedə 500-dən çox yuxarı sinif şagirdi arasında sorğu aparıb. Bu 500 şagirdin heç də hamısı "Facebook"da səhifə açmayıbmış, hətta bir çoxları artıq saytdan bezdiklərini və onu gec-gec istifadə etdiklərini bildiriblər.

 Bir çoxları etiraf edir ki, onlara nəsə yeni bir şey gözləyirlər. Çox güman ki, bu da gözlənilən IPO Facebook-la bağlıdır. Bundan başqa, son vaxtlar istifadəçilərin şəxsi məlumatlarının da başqalarına açılması narazılığa səbəb olub.

 Sonda ekspert bildirir ki, hələlik "Facebook"un taleyi haqda nəsə demək tezdir. Sosial şəbəkə daxilən təkmilləşə və yenidən qurula bilər. Lakin gələcəkdə daha yaxşı təşkil edilmiş şəbəkə istifadəçilərə daha maraqlı ola bilər.

OXŞAR XƏBƏRLƏR