Azərbaycanda havanın temperaturu yüksəlir

MARAQLI
10:59 05.10.2011
1363
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR