Bu gün hava necə olacaq?

MARAQLI
09:53 08.10.2011
1309

Bu gün Bakıda və Abşeron yarımadasında səhər havanın qısa müddətə tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, günün ikinci yrısında isə havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.Hava şəraitinin qısa icmalı: Yaxın 2 gündə Abşeron yarımadasında mülayim cənub küləyi üstünlük təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR