Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında 14-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-21 dərəcə olacaq.Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.