AZXEBER.COM-un verdiyi məlumata görə, İstanbul klubu İtaliya “İnter”inin pleymeykeri Uesli Sneyderi heyətinə qatıb.
Hollandiya yığmasının kapitanı uğrunda uzun müddət mübarizə aparan “cim-bom” nəhayət istəyinə çatıb. Müqavilə şərtləri barədə 28 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra dəqiq məlumat veriləcək.
Qeyd edək ki, karyerası ərzində “Ayaks”, “Real Madrid” və “İnter”in şərəfini qoruyan Sneyder 2010-cu ildə “İnter”lə İtaliya çempionluğu, İtaliya kuboku, Superkuboku, Çempionlar Liqası və Klublararası Dünya Çempionatının qalibi olmaqla 5 titul qazanıb.