PSJ klubunun müdafiəçisi Dieqo Luqanonun komandadan ayrılacağı iddia olunur.
AZXEBER.COM-un Fransa mətbuatına istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçu ilə "Mançester Yunayted" klubu yaxından maraqlanır.
"Mançester Yunayted"in baş məşqçisi Ser Aleks Fergüsson Luqanonu Vidiç və Ferdinandın layiqli əvəzləyicisi kimi görür. Məhz bu səbəbdən də şotlandiyalı mütəxəssis Luqanonu komandasında görmək istəyir. Parisdə heç də yaxşı günlər keçirməyən 31 yaşlı futbolçu da PSJ-dən ayrılmağı planlaşdırır.
Qeyd edək ki, Luqano 2011-ci ildə "Fənərbaxça"dan PSJ-yə transfer olunmuşdu.