"Kaliforniya kral kobrası"nın başları ayrı-ayrılıqda reaksiya verir və qidalanır. Ancaq başlardan biri digərinə nisbətən passivdir. Zooparkın rəhbəri Oleq Zubkov bəzən hətta ilanın başlarının yemək uğrunda bir-biri ilə yarışdığını deyir. Məhz buna görə də zooparkın işçiləri ilanı yemləyərkən, onun başları arasında sədd qoymağa məcbur olurlar.