Azərbaycanın İmişli rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ saat 13.25-də Zərdabdan 31 km cənub-şərqdə, İmişli rayonu ərazisində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.20, dərinliyi 20 km olub.
Zəlzələ hiss olunmayıb.