Bunu bu gün jurnalistlərə açıqlamasında Ermənistan Səhiyyə Nazirliyinin Ətraf Mühit və Gigiyena İdarəsinin rəhbəri Aida Petikyan söyləyib.
Aida Petikyan deyib ki, Ermənistanda krematoriya açmaq üçün dövlətə böyük vəsait lazımdır. Onun sözlərinə görə, 15 il sonra eyni yerdə ikinci şəxsi də dəfn etmək olar: Ancaq təbiət kataklizmləri ilə bağlı epidemiyanın yaranmaması üçün ən məqsədəuyğun yol meyitin yandırılmasıdır.