'1news.az' 6 yaşını qeyd edir - TƏBRİK

14:30 12.03.2013
1151

Bu gün Azərbaycanın ən çox oxunan informasiya agentliklərindən olan “1news.az” 6 yaşını qeyd edir.

AZXEBER.COM-un məlumatına görə, rus dilli agentlik olan “1news.az”ın baş redaktoru tanınmış jurnalist Rəhman Hacıyevdir.

Yarandığı gündən bu vaxta qədər ciddiliyini qoruyaraq oxucuların Azərbaycanda ən çox oxuduğu saytlardan birinə çevrilən saytın hazırda gündəlik 30-40 min ziyarətçisi var.

Rus və türk dilində fəaliyyət göstərən saytda bir sıra bölmələr fəaliyyət göstərir.

Saytda sosial, iqtisadiyyat, mədəniyyət, siyasət, idman və digər sahələrdə 24 saat fasiləsiz işləyərək, xəbərləri operativ olaraq oxucuların diqqətinə çatdırır.Qeyd edək ki, 1news.az Azərbaycan ən çox "facebook" izləyicisi olan agentlikdir. 

AZXEBER.COM olaraq  həmkarlarımızı bu əlamətdar gün münasibətilə təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq.

OXŞAR XƏBƏRLƏR