Əməkdaşımız isti hava şəraitinə baxmayaraq, söküntü işlərinə cəlb edilmiş texnika və fəhlələrin araba çəkən eşşək heykəlinin ətrfında görərək hesab edib ki, onlar abidəni demontaj edirlər. Ancaq məlum olub ki, bunlar haya gələn adamlardır. Heç demə, ondan bir az əvvəl "KamAZ" markalı yük maşınının naməlum sürücüsü ağır tonnajlı maşını abidəyə çırparaq onu dağıdıb və sürüb aradan çıxaraq gizlənib. Hazırda Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tam şəxsi heyətlə səfərbər olunaraq naməlum sürücü axtarırlar ki, bu vandalizm aktına görə onu məsuliyyətə cəlb eləsinlər.
Xatırladaq ki, adı çəkilən məkanda bir neçə gün idi həmin abidə quraşdırılmışdı Abidənin Şamaxının icra başçısı Asif Məmmədovun təşəbbüsü ilə qoyulduğu bildirilirdi.
Şamaxı rayon ictimaiyyəti eşşək heykəlinə etiraz edir, qəzetlər isə bu barədə yazırdılar. Əslində isə bu, eşşəyə qoyulmuş heykəl deyil, daha çox arabaçıya, eşşək arabası ilə ot daşıyan kəndliyə qoyulmuş heykəl idi.
Yeni Musavat