Bəxtiyar MəmmədovBiriləri ara vurmaq istəyir. Məqsədinə çatırmı çatmırmı deyə bilmərəm ama ara vurmaq istədiyi açıq-aydın göz qabağındadır. Gah Qarabağ münaqişəsinin dalana getməsi, gah korrupsiya, gah əsgər ölümlərinə son, söz azadlığı, özbaşnalıq filan filan.
Problem yoxdur demirəm. Var! Özdə bunu mən demirəm. Cənab prezident İlham Əliyev keçirtdiyi hər müşavirədə, toplantıda, səfərlərdə dəfələrcə dilə gətirib.
İlham Əliyev: "Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcək. Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik."
Bəli bu sözlər məhz ölkə başçısına aitdir. Qeyd etmək lazımdır ki, bu bəlanın aradan qaldırılması ilə bağlı yüksək səviyyədə işlər görülür. Qaynar xətt yaradılıb. Yaradılıb ki, vətəndaş müraciət edə bilsin. Bundan əlavə qadın millət vəkilinin rüşvətxorluğa yol verməsi və bunun cəzasız qalmadığına nəzər salsaq görmüş olarıq ki, bu heç də söz olaraq qalmayıb, əmələ keçib.
Gələk Qarabağ münaqişəsinə. Biz heç dəəli-qolu bağlı şəkildə hansısa bir dövlətin bizə göstəriş verməsini gözləmirik. 90-cı ildən bu yana hərbi sənayemizin inkişafı və xarici siyasətimiz güclənməsi bu müharibənin bizim xeyrimizə başa çatması üçündür. Hərbi sahədəki büdcəmiz ermənistanın büdcəsini keçibsə deməli işlər görülür.
"Əsgər ölümlərinə son"
Dəstəkləyirik bu şüarı. Dəstəkləyirik ancaq qışqıraraq hay-küy salaraq yox. Məlumatlandıraraq, bilgiləndirərək. Əsgər əsgəri incidirsə bu həm kamandirin, həm zabit gizir heyətinin, həmdə valideyinin günahıdır. Valideyin deyirəm bəli. Valideynlər inciməsinlər məndən. Ancaq bir ananın övladı öz torpağından olan başqa bir ananın övladını incidirsə, canından bezdirirsə, ölümə çatdırırsa, öldürürsə deməli valideynin verdiyi tərbiyə yetərsiz qalıbmış.
"Söz azadlığı"
Bu sözü ölkəmizdəən çox işlədən müxalif fikirli mətbuat nümayəndələridir. Ancaq bir nüans var ki, bu söz azadlığı terminini nalayiq söz işlətməyə bərabər edir. Deyəsən bəzi həmkarlarım söz azadlığını amerka filmlərindəki söyüş söymək kadrlarından öyrəniblər. Fikirlərinə qatılmayanda az qalırlar adamın abrını, həyasını zibil qutusuna töksünlər. Ən əsası da jurnalist olduqlarını unudub aksiyalarda mitinqlərdə həm jurnalist, həm də aksiya iştirakçı çıxış etmələridir. Göz altına alınanda da polisi təhqir etmələri məsələnin cek pot hissəsidir. Söz azadlığının olmadığını deyənlər çalışdıqları mətbuat orqanlarda rahat-rahat azad olduqlarını hiss edirlər ki, sözün həqiqi mənasında ağızlarına gələni yazırlar.
"Özbaşnalıq"
Bu da keçən və bu ilki ən modda şüarlardan biri idi. Quba hadisələri, İsmayıllı hadisələri filan filan. Özbaşınalıq edən hər kimsə cəzası verildi gördüyümüz qədərilə. Hətta artıqlamasıyla. Belə ki, son İsmayıllı hadisələrinin başlamasına səbəb iki sərxoş gəncin İsmayıllı camaatını təhqir etməsi olmuşdu. Ancaq bunun hesabı nədənsə İcra hakimindən çıxıldı. Sonuncu müşavirədə cənab preziden İlham Əliyev bir neçə Nazir və İcra başçılarına sərt şəkildə xəbərdarlıq etdi. Bütün bunların olması demokratik hüquqi dövlərlətin hər birinin başına gəlib. Hətta Amerkanın ən ideal dövründə ata Buşun zamanında da baş verirdi, indi Obamanın prezidentliyi dövründə də baş verir. Məsələ burasındadır ki, bütün problemlərin birdən-birə canlanması şəxsən mənə çox qəribə görsənir. Müxalifətin ara qarışdırma siyasəti çoxumuza bəllidir. Siyasətdə hər şey mübahdır deyən atalar çox güman ki, bizim başımıza gələcəkləri təxmin etməyiblər.
Medianı son zamanlar məşğul edən mövzulardan biri də icra hakimlərinin ailələrində həddlərini aşmaq, qudurğanlıq, özbaşnalıq etdikləridir. Görsən həqiqətəndə belədirmi? Bu sual məni yaman düşündürürdü. Bu camaat görəsən bu vaxta kimi niyə hay-küy salmadıda seçki öncəsi fəallaşmağa başladı. Belə demişdim ki, müxalifət yönümlü saytların birində belə bir başlığa rast gəldim. "İcra hakimi ilə şöbə müdiri əlbəyaxa çıxdılar" Yazıya baxdımki söhbət Sumqayıt İcra Hakimiyyətindən gedir. Sumqayıtda yaşadığım üçün mövzunun marağı birə-beş artdı.
Yazı belə idi : "Seyfəddin Rəhimovun bazarını sökdürmək istəyi Eldar Əzizova baha başa gəldi. Sumqayıt şəhər icra başçısı Eldar Əzizovla müavini Seyfəddin Rəhimov arasında əlbəyaxa davaya çevrilən qarşıdurma baş verib. Avropa.info- nun əldə etdiyi məlumata görə, hadisə 3 gün bundan öncə baş verib. Qalmaqalın baş verməsinə səbəb isə Eldar Əzizovun Seyfəddin Rəhimova məxsus bazarı sökdürmək istəməsi ilə bağlı olub. Belə ki, icra başçısı müavinini iş otağına çağıraraq nəzarətində olan bazarı sökdürmək qərarında olduğunu bildirib. Bundan qəzəblənən Seyfəddin Rəhimov isə icra başçısını ağır söyüşlərlə təhqir edərək, "sən kimsən ki, mənim bazarımı sökdürürsən" deyib. Bundan sonra isəəsl qalmaqal baş verib. İcra başçısı və müavini əlbəyaxa olublar. Dava-dalaşı eşidən icra hakimiyyəti işçiləri onları çətinliklə bir-birlərindən ayıra biliblər. Hadisədən sonra müavini işdən çıxartmaq üçün "yuxarılara" müraciət edən Eldar Əzizov sərt təpki ilə qarşılaşıb. İcra başçısına "müavinlə işin olmasın" tapşırığı verilib."
İlk öncə jurnalistin birinci vəzifə borcu xəbərin dəqiqliyi, qərəzsizliyidir. Qeyd olunan bazar Taleh adında iş adamına məxsusdur. Seyfəddin Rəhimovun bazarla heç bir əlaqəsi yoxdur. Seyfəddin Rəhimov Sumqayıt şəhəri İcra Hakimiyyətində ictimai siyasi şöbənin müdiri vəzifəsində çalışır. Ailəlidir. Qayğıkeş ata, mehriban həyat yoldaşı və işinin əhli bir dövlət məmurudur. İşlədiyi müddət ərzində onu tanıyan hər kəs onunla sözün əsl mənasında iki əl ilə salamlaşıblar. Bu heç də onun vəzifəsindən qorxduqlarına görə yox, əksinə Sumqayıt əhlinin yanında olduğuna görə, qayğısında durduğuna görə olub.
Qayıdaq lap əvvələ. Cənab prezident İlham Əliyev Sumqayıtın inkişafı üçün yeni icra başçısı təyin etməsindən başlayaq. Eldar Əzizov işə başlar-başlamaz ilk vəzifəsi Sumqayıtı sevənləri öz ətrafına toplaması oldu. Bunlardan biri də elə Seyfəddin Rəhimov idi. Yuxarıda qeyd etdiyim kimi, inkişafı gözləri götürməyən müxalifət Eldar Əzizovla ən güclü dayağı olan Seyfddin Rəhimovun aralarını vurmaq və ictimaiyyətə onları pis göstərmək niyyətinə düşüblər ki, buna da nail ola bilmədilər. Belə ki, İcra hakimi Eldar Əzizov bu dezinformasiyaya açıqlama gətirdi.
"Həmin şəxsin özü belə bir məlumat yayılmasından narahat olub . Görünür, mövzu qıtlığıdır. Ona görə belə bir uydurma xəbərlə ictimaiyyəti çaşdırmaq istəyirlər. Mən heç kimləəlbəyaxa olmamışam. Məndən ancaq qanunsuz tikililərin sahibləri narazı qala bilər. Mən açıq mikrofon təşkil edirəm. Növbəti dəfə sizi də dəvət edə bilərəm. Gəlin, baxın görün necə söhbətimiz olur. Məndən ancaq qanunsuz tikililərin sahibləri narazı qala bilər. Sumqayıtlılar fəaliyyətimdən razıdır və ictimai görüşlərdə bunun şahidi oluram".
Bunların nə üçün baş verdiyini anlamaq elə də çətin deyil. Qarşıdan prezident seçkiləri yaxınlaşır. Özlərini ağıllı sayan bir sıra müxalifətçi təxribatçılar gündəmi hakimiyyətin sərişdəsiz olduqlarını göstərməklə məşğul etmək istəyirlər. Lakin unutduqları bir şey var. Onların sərişdəsizliklərini xalq unutmayıb. Xalq İlham Əliyevin ətrafında birləşib. Çünki yeganə namizəd İlham Əliyevdir ki, Azərbaycanın inkişafı üçün əlindən gələni edir və edəcək.