Bunu “Bakı Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rauf Orucov bildirib. "10 kilometr məsafəyə kimi 1 kilometr üçün gediş haqqı 70 qəpik, 10 kilometrdən 20 kilometrədək məsafə üçün 40 qəpik, 20 kilometrdən artıq məsafə üçün isə 20 qəpik müəyyənləşdirilib", - deyə o, qeyd edib. Taksiyə oturmaqla 1 manatın ödənməsi qaydası isə qüvvədə qalır. TX4 markalı ("London taksisi") taksiləri sifariş etmək üçün artıq hər bir şəhər sakini *9000 telefon nömrəsinə zəng etməklə, onların xidmətin istifadə edə bilər. Taksilərdən istifadə zamanı hər bir sərnişin 10 min manatlıq sığortalanır.