“Yeni Azərbaycan”a 40 min, “Bütöv Azərbaycan”a 5 min manat veriləcək
MARAQLI
21:07 28.06.2011
1862
APA-nın məlumatına görə, iclasda 6 iyun 2011-ci il tarixdə elan edilmiş "KİV-lərin 2011-ci ilin ikinci yarım ili üçün maliyyələşdirilməsi ilə bağlı müsabiqə"yə təqdim edilən layihələr müzakirə edilib. Məsələ ilə bağlı Fondun icraçı direktoru Vüqar Səfərlinin çıxışı dinlənilib. V. Səfərli müsabiqəyə redaksiyalar tərəfindən təqdim edilən 34 layihə barədə məlumat verib. Müşahidə Şurasının üzvləri layihələrlə tanış olub, onları gerçəkləşdirmək üçün tələb edilən maliyyə vəsaitinin uyğunluğunu araşdıraraq təkliflər veriblər. Layihələrin maliyyələşdirilməsi üçün qəzetin dövriliyi, tirajı və yayım reytinqi nəzərə alınmaqla maliyyə vəsaitinin ayrılması barədə müvafiq qərar qəbul edilib. 2011-ci ilin ikinci yarısı üçün maliyyə yardımı alacaq KİV-lərin siyahısı: