Bakının Yasamal rayonunda yüksək sürət ağır yol qəzasına səbəb olub. Hadisə rayonun Şərifzadə küçəsində, metronun İnşaatçılar stansiyasının yaxınlığında baş verib. Müəyyən edilib ki, Baxşıyev Anar Yusif oğlunun idarə etdiyi “Wolksvaqen” markalı avtomaşın metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olan zaman 33 yaşlı Qurbanov Azər Qərib oğlunun idarə etdiyi “Bmw” markalı digər bir minik maşını ilə toqquşub.Qəza “Bmw”nin gəldiyi sürətlə arxadan Anar Baxşıyevin idarə etdiyi nəqliyyat vasitəsinə çırpılması nəticəsində meydana gəlib. Avtoqəza nəticəsində “Bmw” markalı avtomobildə olan üç nəfər - sürücü Azər Qurbanov, onun sərnişinləri 24 yaşlı Quliyev Rza İbrahim oğlu və onun həmyaşıdı Qocayev Aydın Xalıq oğlu xəsarət alaraq 1 saylı xəstəxanaya yerləşdiriliblər. Onlardan Rza Quliyevin vəziyyətinin daha ağır olduğu bildirilir.