Verilişin aparıcısı Ziya Osman Açıkel ölkənin baş nazirinin adından istifadə edərək, kimlərisə təhdid edib. O, adını çəkmədiyi adamı canlı yayımdan həbslə hədələyib, barəsində ağır ifadələr işlədib.
Proqram efirə getdikdən bir gün sonra TGRT rəhbərliyi sərt qərar qəbul edib. Ziya Osman Açıkel baş nazirin adından istifadə etdiyi üçün “Ekonomi kulisi” proqramı bağlanıb.
//Milli.Az