Arvadını asılmış vəziyyətdə görən ər psixi sarsıntı keçirərək həkim nəzarəti altına düşüb
Lənkəran rayonunda 56 yaşlı qadın həyatından bezərək özünü öldürüb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında baş verib. Belə ki, Kərgəlan kənd sakini 1957-ci il təvəllüdlü Validə Hümbət qızı Muradova özünü yaşadıqları evdə asıb. Qadının əvvəllər əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Uzun müddət ailəli olsalar da, onların uşaqları olmurmuş. Bu səbəbdən V.Muradova daima özünü tənha hiss etdiyini və həyatdan bezdiyini deyirmiş. Dünən axşam saatlarında isə həyat yoldaşı evə gələrkən arvadını asılmış vəziyyətdə görüb. Qeyd edək ki, həyat yoldaşını asılmış vəziyyətdə gördükdən sonra, V.Muradovanın əri psixi sarsıntı keçirib. Hazırda həkim nəzarətindədir. Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.