Bəhram Bağırzadənin saytı açılıb

MARAQLI
07:59 29.06.2011
2045
 Saytdakı bölmələrdə şoumenin həyatı, yaradıcılığı barədə materiallar yerləşdirilib. Bundan başqa, burada B.Bağırzadə ilə bağlı fotoşəkillər də var. 

Bəhram Arif oğlu Bağırzadə 1972 -ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə M.A.Əliyev adına Azrbaycan Dövlət İncəsənət İnstitutna qəbul olunub və 1994-cü ildə həmin institutu bitirib. İxtisasca Teatr rejissorudur. 1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olub. MDB ŞHK yığmasının üzvüdür.

1992-ci ildən karikatura çəkir, karikaturaları “Kirpi” satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən “Qalareya” jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunun yarışlarında “Bakılı Oğlanlar” komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub.

2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. “Qorod” jurnalının naşiridir.

OXŞAR XƏBƏRLƏR