Frənk Lemparda Çindən fantastik təklif

İDMAN
08:27 10.10.2012
1302

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Frənk Lempard karyerasını Çində davam etdirə bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu Çinin "Şanxay Şenhua" klubunun maraq dairəsinə düşüb.

Daha öncə "Çelsi"dən Nikolya Anelka və Didye Droqbanı transfer edən Çin təmsilçisi daha bir təcrübəli futbolçu ilə güclənmək niyyətindədir. "Şanxay Şenhua" klubu Lempardın transferi üçün 1 milyon funt-sterlinqindən keçməyə hazırdır. İngilis futbolçunun bu təklifi necə qarşılayacağı böyük maraqla gözlənilir.

Qeyd edək ki, Lempardla Amerikanın "Los Angeles Qalaksi" klubu da yaxından maraqlanır.

OXŞAR XƏBƏRLƏR