Amerika Birləşmiş Ştatlarının mərkəzi və şərqində meşə yanğınları davam edir. Xüsusilə təhlükəli vəziyyət Arizona ştatının şərqində qeydə alınıb. Alov Nyu-Meksika ərazisinə də yayılıb. Sakinlərə respirator maska taxmaq tövsiyə olunub.
Yanğın artıq 1740 kvadrat kilometr ərazini öz cənginə alıb. Arizona ştatında tüstü ilə birlikdə havaya qalxan zəhərli zərrəciklərin həcmi federal səhiyyə standartlarından 20 dəfə artıqdır.
Yanğınlarla mübarizəyə 4400 yanğınsöndürən cəlb olunub. Arizona ştatının Sprinqerville və İqar şəhərlərindən 10 minə yaxın sakin evakuasiya olunub.