Qadınlardn ibarət "Rabitə" voleybol komandası Çempionlar Liqasının finalında uduzaraq gümüş medalla kifayətlənib.AZXEBER.COM-un məlumatına görə, təmsilçimiz həlledici qarşılaşmada Türkiyənən "Vakıfbank" klubuna 0:3 hesabı ilə məğlub olub.Qeyd edək ki, bu komandalar 2 il əvvəl də Çempionlar Liqasının finalında qarşılaşmışdılar. Həmin matç da "Vakıfbank"ın qələbəsilə bitmişdi. Çempionlar Liqasında üçüncü yeri isə yarımfinalda "Rabitə"yə uduzan İtaliyanın "Yamamay" klubu tutub.