Bu gün səhər saatlarında, təxminən 08:20-08:35 radələrində Bakı Metropoliteninin “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyaları arasında qatar təxminən 10 dəqiqə tuneldə qalıb.Qatarın maşinisti problemin “platformada başqa qatarın olması” ilə izah edib. Daha sonra qatar yenə 2-3 dəqiqə dayanıb.Bu zaman vaqonlardakı sərnişinlərin arasında bir neçə nəfərin halı pisləşib.