Amerika Birləşmiş Ştatlarının İndiana ştatı Xocalı hadisələrini rəsmən soyqırım kimi tanıyıb. Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ştatın qanunverici orqanı bu haqda müvafiq qətnamə qəbul edib. Bununla da Birləşmiş Ştatlarda Xocalı hadisələrini soyqırım kimi tanıyan ştatların sayı 9-a çatıb. Onlardan 4-ü bu haqda qətnaməni bu il qəbul ediblər.