Sabah qar yağacaq

MAQAZİN
15:51 04.03.2013
1717

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədəməlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 2-4, gündüz 4-7, axşam 1 dərəcəyədək isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoza görə, martın 5-dən 7-dək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi gözlənilir. Rütubətli və güclü küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

OXŞAR XƏBƏRLƏR