Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən cənub küləyi günün ikinci yarısında bəzən güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6, gündüz 9-14, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.