Sabah Azərbaycanda hava necə olacaq?

Sabah Azərbaycanda hava necə olacaq?
16:36 01.03.2013
864

Sabah Bakıda və Abşeron yarımadasında səhər saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədəməlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, mülayim şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun gecə 3-5, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında martın 2-də havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.Gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR