Futbolçular hansı çizgi film qəhrəmanlarına bənzəyir? - FOTOLAR

DÜNYA
11:16 01.03.2013
3095
Futbolçular cizgi film qəhrəmanları ilə nə dərəcə oxşardırlar? Məsələn, “Çelsi”nin müdafiəçisi Joze Bosinqva “Simpsonlar” cizgi filminin qəhəmanı körpə Monobrovla oxşardır.
Futbolçu David Luislə “Simpsonlar” cizgi filminin digər bir qəhrəmanı Slaydşou Bob arasında oxşarlıq var.
“Barselona” futbol klubunun kapitanı Karles Puyol “Luni Tyunz” serial multfilmin personajı olan Semə bənzədilir. Onları bilrəşdirən əsas əlamət gözlərinə düşən saçlarının olmasıdır.
Ueyn Runi məşhur cizgi film qəhrəmanı Şrekə bənzədilir. Hətta onlar arasında o qədər oxşarlıq var ki, personajın futbolçuya baxaraq yaradıldığı ehtimalına gəlinir.
“Real Madrid”in yarımmüdafiəçisi Mesut Özillə fantastik cizgi film qəhrəmanı olan Qorlum arasında müəyyən oxşarlıqlar var.
“Tottenhem” klubunun qapıçısı Bred Fridel digər bir cizgi film qəhrəmanı olan qorxunc varlıqla müqayisə olunur.
Fytbol ulduzu Maykl Bredli ilə cizgi film qəhrəmanı olan Elmer Fadd arasında müəyyən oxşarlıq var.
Kriştiano Ronaldo yapon cizgi filmi olan “Astro boy” eyni adlı qəhrəmanı ilə bənzədilir.
“Stok Siti” futbol klubunun hücumçusu Piter Krauç “Ey Arnold” cizgi filminin qəhrəmanı Stinki ilə oxşardır.
“Arsenal” klubunun məşqçisi Arsen Venqer ilə cizgi film qəhrəmanı Direktor Skinner arasında oxşarlıq var.

OXŞAR XƏBƏRLƏR