Şamaxı və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, sabah 1 mart tarixdə saat 09:00-dan 17:00-dək “Dilman-Şərədil” xətti istisna olmaqla “Şamaxı” Avtomatik Qazpaylayıcı Stansiyasından, saat 10:00-dan 18:00-dək isə “Tovuz” Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.